Spartakiada çərçivəsində üzgüçülük yarışları keçirilib


Baxıldı : 42

Tarix : 2019-11-08 06:19:49


“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə aid olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XXI Respublika Spartakiadası davam edir. Noyabrın 1-2-də Milli Aviasiya Akademiyasının üzgüçülük hovuzunda kişi və qadınlar arasında üzgüçülük yarışları keçirilib.

Kişilər arasında təşkil olunan yarışda birinci yeri Aviasiya İşçiləri tutublar. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri ikinci, Metropoliten İşçiləri üçüncü, Müdafiə Sənayesi İşçiləri həmkarlar ittifaqlarının komandası isə dördüncü pillədə qərarlaşıblar.

Qadınlar arasında keçirilən üzgüçülük yarışının qalibi Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri olub. İkinci, üçüncü və dördüncü yerləri müvafiq olaraq Aviasiya İşçiləri, Metropoliten İşçiləri və Müdafiə Sənayesi İşçiləri bölüşüblər.  

Sonda qaliblər mükafatlandırılıblar.

Qeyd edək ki, XXI Respublika Spartakiadasına noyabrın 22-də yekun vurulacaq.

Azər MUSTAFAYEV