Spartakiada davam edir


Baxıldı : 252

Tarix : 2017-11-17 22:04:30


"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XX Respublika Spartakiadası davam edir. Spartakiada çərçivəsində artıq minifutbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, üzgüçülük və nərd idman növləri üzrə yarışlara yekun vurulub.

Noyabrın 10-13-də isə Milli Aviasiya Akademiyasının İdman Zalında baş tutan dama yarışlarında qalib müəyyənləşib. Metropoliten işçiləri ustalıq səviyyəsini daha yaxşı nümayiş etdirib və birinci yeri tutublar. İkinci sırada Müdafiə Sənayesi işçiləri qərarlaşıblar. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçiləri isə üçüncü olub.

Şahmat yarışları noyabrın 15-21-də Milli Aviasiya Akademiyasının İdman Zalında keçirilib. Beynəlxalq Şahmat Federasiyasının qaydaları əsasında təşkil olunan oyunlarda Aviasiya işçiləri bütün rəqiblərini məğlub ediblər. Müdafiə Sənayesi işçilərinin komandası ikinci nəticəni göstəriblər. Elektroenergetika və Elektrotexnika Sənayesi işçiləri isə ilk üçlüyü tamamlayıblar.

Mükafatalayiq yerləri tutan komandalar cəmiyyətin müvafiq diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar.

Qeyd edək ki, Spartakiadaya noyabrın 23-də yekun vurulacaq.

Azər MUSTAFAYEV