Spartakiada keçirilib


Baxıldı : 68

Tarix : 2017-09-08 17:28:59


Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar idman yarışları təşkil olunub. Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Nərimanov" elektrik deposunda avqustun 1-də start götürmüş yarışlar artıq başa çatıb. Spartakiada 9 idman növü - minifutbol, voleybol, stolüstü tennis, şahmat, dama, nərd, kəndirdartma, daşqaldırma, qol güləşi üzrə keçirilib.

Beləliklə, ümumi komanda hesabında depolar üzrə iş departamenti  qalib gəlib. İkinci yerə işarəvermə və rabitə, üçüncüyə isə elektrik təchizatı xidmətlərinin komandaları çıxıb.

Qaliblər diplom və mükafatlarla təltif olunacaq.

Azər MUSTAFAYEV