Spartakiada start götürdü


Baxıldı : 327

Tarix : 2015-03-06 02:32:00


Gənclər və idman, təhsil nazirlikləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və \ Gənclik\ TİC Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasına start verilmişdir.Təqvim planına idmanın 12 növü üzrə (şahmat, dama, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis, voleybol, basketbol, həndbol, badminton, atletika və üzgüçülük) yarışlar daxildir. Yarışlara ilk olaraq damaçılar başlamışlar. AHİTA-nın Şahmat-Dama Klubunda baş tutan qarşılaşmada 10 komanda mübarizə aparmışdır. I yerə sahiblik Azərbaycan Tibb Universitetinin damaçılarına qismət olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ikinci nəticə qazanmaqla adını qaliblər sırasına yazdırmışdır. Milli Aviasiya Akademiyası isə üçüncü yeri tutmuşdur.CAVİD