Spartakiada yekunlaşdı


Baxıldı : 75

Tarix : 2019-11-25 05:00:02


“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən XXI Respublika Spartakiadası çərçivəsində daha iki yarış başa çatıb.

Noyabrın 15-21-də həmkarlar ittifaqlarının komandaları arasında keçirilən şahmat yarışında da mükafatçılar məlum olub.  Yekun nəticəyə görə, Aviasiya İşçiləri birinci, Müdafiə Sənayesi İşçiləri ikinci, Metropoliten İşçiləri üçüncü, Avtomobil Nəqliyyatı  və Yol Təsərrüfatı İşçiləri dördüncü, “Baku Stil” beşinci, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri isə altıncı sırada qərarlaşıblar.

***

Noyabrın 21-22-də keçirilən güllə atıcılığı üzrə yarışda qalib Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri olub. Müdafiə Sənayesi İşçiləri ikinci, Avtomobil Nəqliyyatı  və Yol Təsərrüfatı İşçiləri üçüncü, Metropoliten İşçiləri dördüncü, “Baku Stil” beşinci, Aviasiya İşçiləri altıncı yerdə mövqe tutublar.

Qaliblər qiymətli hədiyyə və diplomlarla təltif olunublar.

Bununla da “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə aid olan müəssisə və təşkilatların Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XXI Respublika Spartakiadası başa çatıb.

Qeyd edək ki, oktyabrın 11-dən başlanan Spartakiadanın proqramına 10 idman növü üzrə  yarış (futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, dama, nərd, şahmat, güllə atıcılığı) daxil idi.