Spartakiadada minifutbol üzrə qaliblər bilindi


Baxıldı : 43

Tarix : 2017-10-20 17:40:33


"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XX Respublika Spartakiadasının açılış mərasimi keçirilib. Mərasimdə ölkəmizin tanınmış idman xadimləri, həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və idmançılar iştirak ediblər. Olimpiya çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev və "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra minifutbol oyunlarının final mərhələsi keçirilib. Milli Aviasiya Akademiyasının İdman Kompleksində baş tutan minifutbol üzrə yarış oktyabrın 11-dən 18-dək davam edib. Yekun nəticəyə görə, birinci yeri metropolitençilər tutublar. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçiləri ikinci sırada qərarlaşıblar. Elektroenergetika və Elektrotexnika Sənayesi işçiləri isə üçüncü olublar.

 

 Azər MUSTAFAYEV