Spartakiadanın qalibləri mükafatlandırıldı


Baxıldı : 1471

Tarix : 2019-04-12 18:05:44


Martın 6-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin xidmətində olan müəssisə və təşkilatlarda çalışan həmkarlar ittifaqı üzvləri arasında spartakiada keçirilmişdir. “5 Mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş spartakiadanın proqramına şahmat, dama, nərd yarışları daxil edilmişdi.

MİHİ-nin əməkdaşlarından ibarət münsiflər heyətinin və hakimlərin qərarı ilə Kənan Heydərli (AHİTA-nın təlimatçısı) şahmat, Elxan Quliyev (Akademik Milli Dram Teatrının aktyoru, HİK sədri) dama, Ülvi Məcidov (Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin baş iqtisadçısı) nərd üzrə birinci yerlərə layiq görüldülər. Qaliblərə mükafatlar dünən Respublika Komitəsində təqdim olundu.

Aliyə SƏMƏDOVA