Sportinq\ in heyətində bürünc medal qazanıb


Baxıldı : 226

Tarix : 2015-12-25 04:08:00


Cüdo üzrə Azərbaycan milli komandasının və \ Atilla\ İdman Klubunun üzvü Rüstəm Orucov Portuqaliyanın \ Sportinq\ klubunun heyətində Vyanada keçirilən Qızıl liqa” turnirinin bürünc medalına sahib olub. Avropanın ən güclü klublarını bir araya gətirən komanda yarışında \ Sportinq\ klubu öncə Rusiyanın \ Dinamo Alanye\ kollektivini məğlub edib - 4:1. Ancaq yarımfinalda Gürcüstanın \ Fifhter Tbilisi\ klubuna 2:3 hesabı ilə məğlub olub. Portuqaliya komandası 3-cü yer uğrunda görüşdə ev sahiblərinə - \ Galaxy Tigers Vienna\ klubuna 4:1 hesabı ilə qalib gəlib.Beləliklə, Rüstəm Orucov şəxsi mükafatlarına \ Sportinq\ in heyətində qazandığı bürünc medalı da əlavə edib.A.MUSTAFAYEV