İstedadlı gənclərimiz yetişir


Baxıldı : 212

Tarix : 2015-01-31 18:19:00


Rayon komitəsi sıralarında 500 həmkarlar ittifaqı üzvünü birləşdirir. Mərkəzləşdirilmiş kitabxana sistemində, muzeylərdə çalışanların əksəriyyəti qızlardır. Onların əmək problemi çoxsaylıdır. İşdən əlavə qızlarımızın həyatının və sağlamlığının qorunması ilə yanaşı hüquqi, sosial-iqtisadi, təşkilati-texniki, sanitar-gigiyena, müalicə-profilaktika, əməyinin mühafizəsi xüsusi diqqət tələb edən çox vacib məsələlərdir. Tək iş yerində deyil, onların təhsili, ailə-məişət problemləri də maraq dairəsindədir. Gənclərimizin məşğulluğu ilə ciddi maraqlanmalıyıq. Nə qədər çox iş yeri açılsa, gənc oğlanlarımız da qazanc dalınca başqa ölkələrə getməzlər. Çünki onların bir çoxu iş dalınca qonşu ölkələrə gedib, geri qayıtmırlar. Bu isə gənc qızlarımızın ailə qurmasında çətinliklər yaradır. Bu, çox ciddi və gələcəkdə demoqrafik problemlər yaradan bir məsələdir.Bizim komitədə savadlı, istedadlı, nənələrimizdən yadigar qalan sənət nümunələrini yaşadan gənclərimiz çoxdur. Keçmişdə analarımız ailə qurma yaşına çatana qədər öz cehizlərini özləri toxuyub hazırlayardırlar. Bu qiymətli sənət nümunələrini biz \ Uzunömürlülər\ muzeyində qoruyub saxlayırıq. Xarici qonaqlar nənələrimizin əl işlərini görəndə ayaq saxlayıb heyrətlə, vurğunluqla bu qiymətli sənət nümunələrinə baxırlar.Ancaq yadigar sənəti qoruyub saxlayan gənc qızlarımız da vardır. Xalçaçılıq, tikmə sənəti, toxuculuq, muncuqlarla işləmə hələ də qorunub saxlanılır.Gənc qızımız Sevinc Babayeva ali təhsilli kitabxana işçisidir. Onun muncuqlardan və adi dənələrdən hazırladığı işləmələr zövq oxşayır. Sevinc xanımın 2 fevral-Gənclər günü münasibətilə açılmış əl işlərindən ibarət sərgiyə hamı maraqla baxdı. Sevinc Babayeva bu əsərlərində Lerikin əsrarəngiz gözəl təbiətini də əks etdirməyə çalışmışdır. Belə istedadlı gəncləri qorumaq, onların sənət əsərlərini yaymaq, təbliğ etmək hamımızın borcudur.Sərginin sonunda ona rayon komitəsinin hədiyyəsi təqdim edildi. Dilarə FƏTULLAYEVA,Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin sədri