İstehsal azalacaq


Baxıldı : 294

Tarix : 2015-01-17 13:15:00


Son vaxtlar respublikamızda iqlim şəraitinin qeyri-anomal keçməsi kənd təsərrüfatı məhsullarının istehsalına da təsirsiz ötüşmür. Ötən il yayın quraq və isti keçməsi səbəbindən ölkəmizdə taxıl tədarükü də qeyri-qənaətbəxş səviyyədə olub. Bu il də müşahidə olunan isti və quraq hava həyata keçirilən əkin işləri üçün yaxşı heç bir nəticə vəd etmir. Odur ki, üzü may və iyun aylarına doğru kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma olacağı istisna edilmir.Məsələyə münasibət bildirən iqtisadçı Pərviz Heydərovun sözlərinə görə, hökumət bu amilləri nəzərə alaraq bir sıra qabaqlayıcı tədbirlər görməyə cəhd edir: \ Bu ildən Azərbaycan Dövlət Taxıl Fonduna tədarük edilən taxıl ehtiyatının həcmi artırılacaq ki, bu, çox müsbət addımdır. Belə ki, hökumətin \ Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında\ qərarına əsasən, Taxıl Fonduna yığılan ehtiyatın həcmi 750 min tona çatdırılacaq. Hazırda bu ehtiyat 500 min tona bərabərdir\ .Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, quraqlığın kənd təsərrüfatı məhsulları istehsalına təsir etməməsi üçün bir sıra qabaqlayıcı tədbirlər görülməlidir: \ Azərbaycanın təxminən 32 milyard kubmetr su potensialı var. Bunun da 70 faizi digər ölkələrdən gəlir. Bu ehtiyatlarımız quraqlıq vaxtı 24 milyard kubmetrə enir. İsrail Azərbaycandan çox kənd təsərrüfatı məhsulu istehsal edir, ancaq cəmi 1,1 milyard kubmetr sudan istifadə edir. Azərbaycanda isə keçən il 11 milyard kubmetrdən çox su istifadə olunub. Bunun 4 milyard kubmetri itkiyə gedib. İlk növbədə itkilərin qarşısı alınmalıdır. Sudan istifadədə israfçılığa yol verilməməlidir. Digər tərəfdən, payız və yaz aylarında su bolluğu olanda bir hissə anbarlarda yığılmalıdır ki, sonradan həmin sudan istifadə olunsun. Qonşu İranda, Türkiyədə quraqlıq oldu, ancaq həmin ölkələrdə kənd təsərrüfatına zərər vurmadı\ . ELBRUS