İstilik sistemlərinə tələbat gündəmə gəlir


Baxıldı : 363

Tarix : 2015-10-23 02:53:00


Qış mövsümü yaxınlaşır, havalar soyumağa başlayır. Mənzillərdə istilik sistemlərinə tələbat məsələsi gündəmə gəlir.\ Azərişıq\ ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada abonentlərin elektrik enerjisinin təchizatı ilə bağlı problemlə qarşılaşmayacaqlarını bildirib.Onun sözlərinə görə, \ Azərişıq\ 24 saat abonentlərin xidmətində olacaq. Çox köhnəlmiş, pis vəziyyətdə olan, sərt küləklər zamanı hər hansı bir problem yaradacaq dayaqların, xətlərin hamısı müəyyənləşdirilib və ehtibarlı vəziyyətə gətirilib.\ Azəristiliktəchizat\ ASC-nin sədr müavini İlham Mirzəliyev isə bildirdi ki hazırda mövsümə hazırlığın yekun mərhələsi həyata keçirilir.Qazanxanalar, istilik məntəqələri, istilik xətləri, kommunikasiya, bütün qurğular yoxlanılır, qaydaya salınır, təmir olunur. Bəzi yerlərdə hələ təmir işləri davam etdirilir. Bu işlər yaxın zamanda başa çatdırılacaq.\ Azərqaz\ İstehsalat Birliyi tərəfindən \ Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı\ və \ 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı\ çərçivəsində respublikanın hər yerində qaz təchizatının yaxşılaşdırılması, əhalinin mavi yanacaqla fasiləsiz və keyfiyyətli təminatı məqsədilə mühüm işlər görülür. Yeni qaz kəmərlərinin çəkilişi, istismara yararsız qaz xətlərinin dəyişdirilməsi istiqamətində fəaliyyət genişləndirilib.Günel RAFAYILQIZI