Stolüstü tennis yarışları


Baxıldı : 258

Tarix : 2015-12-19 04:47:00


\ Gənclik\ Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Spartakiada yarışları davam edir. Bu dəfə oğlanlardan və qızlardan ibarət komandalar stolüstü tennis üzrə yarışlarda ilk üç yer uğrunda mübarizə aparıblar. Maraq kəsb edən oyunlar Bakı Sənaye Pedaqoji Kollecinin idman zalında keçirilib. Qızlardan ibarət 5 komandanın iştirakı ilə baş tutan yarışlarda Bakı Sənaye Pedaqoji Kolleci fəxri kürsünün ilk pilləsinə sahib olub. Bakı 2 saylı Baza Tibb Kolleci ikinci, Bakı Qida Sənayesi Kolleci isə üçüncü yeri tutub.Oğlanlar arasında keçirilən yarışın nəticələrinə görə, 7 komandanın birincilik uğrunda mübarizəsində sıralama belə olub: Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dəniz Balıq-Sənayesi Kolleci, Bakı Humanitar Kolleci.AZƏR