”Stolüstü Tennis Turniri” təşkil olunub


Baxıldı : 50

Tarix : 2019-08-23 15:38:48


Sabirabad regional “ASAN xidmət” Mərkəzinin könüllülərinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Həmkarlar İttifaqı Təşkilatının dəstəyi, Sabirabad Rayon Gənclər və İdman İdarəsi və Sabirabad Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə 12 Avqust-Beynəlxalq Gənclər Günü münasibətilə rayon təşkilatları arasında “Stolüstü Tennis Turniri” təşkil olunub.

Bir həftə davam edən yarışın yekun nəticəsinə görə I yerə Sabirabad “ASAN xidmət” Mərkəzinin əməkdaşı Pünhan İmanov, II yerə Pünhan Həmzəzadə, III yerə isə Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Kərimov layiq görülüb.

Qaliblərin mukafatlandırma mərasimi Sabirabad Regional “ASAN xidmət” Mərkəzində keçirilib.