Stolüstü tennis üzrə yarış baş tutub


Baxıldı : 256

Tarix : 2017-12-22 21:57:52


"Gənclik "Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri  arasında  keçirilən Spartakiadanın növbəti oyunu - stolüstü tennis üzrə yarış baş tutub. Yarış Azərbaycan Dənizçilik Kollecinin idman zalında qızlar və oğlanlar arasında təşkil olunub.

Qızlar arasında keçirilən yarışın nəticəsinə görə, birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası tutub. Bakı Rabitə və Nəqliyyat Kolleci ikinci olub. Bakı 2 Saylı Baza Tibb Kollecinin qızları isə üçüncü sırada qərarlaşıb.

Oğlanlar arasında baş tutan stolüstü tennis üzrə yarışda da qalib yenə Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası olub. Bakı Rabitə və Nəqliyyat Kolleci ikinci yeri tutub. Bakı İdarəetmə və Texnologiya Kollecinin komandası isə üçlüyü tamamlayıb.

Azər MUSTAFAYEV