Stolüstü tennis yarışları


Baxıldı : 108

Tarix : 2017-04-21 23:25:53


“Gənclik" TİC Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Universiadası davam edir. Təqvim planına uyğun olaraq Şüa İdman Klubunda martın 27-31-də qadınlar arasında, aprelin 3-7-də isə kişilər arasında stolüstü tennis yarışları keçirilib.

Qadınların yarışında 12 komanda iştirak edib. Ən yaxşı nəticəni Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri göstəriblər. İkinci yeri Bakı Dövlət Universitetinin təmsilçiləri tutublar. Üçlüyü Azərbaycan Texniki Universitetinin komandası tamamlayıb.

Kişilər arasında keçirilən stolüstü tennis yarışında isə 17 komanda çempionluq uğrunda mübarizə aparıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bu dəfə də birinci olub. Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Azər Mustafayev