Stressi azaldır


Baxıldı : 79

Tarix : 2017-08-18 23:27:39


Alimlərin fikrincə, gülüşlə immuniteti, ağlamaqla sağlamlığı möhkəmləndirmək olar. Bu məqsədlə Britaniya və ABŞ-da göz yaşlarının öyrənilməsi üçün genişmiqyaslı tədqiqatlar aparılıb.

ABŞ-ın Minnesota və Britaniyanın Lankaster universitetlərinin alimləri ağlamaq və onun orqanizm üçün nəticələrinin öyrənilməsi ilə məşğul olublar. Minnesota Universitetinin alimləri qısa müddət ağlayan adamların 88,8 faizinin səhhətinin yaxşılaşdığını müəyyən ediblər. Məsələ burasındadır ki, insan onu ağlamağa vadar edən stressdən azad olur. Ağlayarkən orqanizmdə ürək tutmasına səbəb olan maddənin ifrazı baş verir. Bundan əlavə, ağlama dərindən nəfəsalma ilə müşayiət olunur. Bu isə stress hormonu olan kortizolun səviyyəsini azaldır.

Professor Uilyam Freyin sözlərinə görə, göz yaşları emosional və fiziki ola bilər. Birinci göz yaşlarına səbəb stress vəziyyətidir. Bu göz yaşlarının tərkibi ağrı zamanı yaranan göz yaşlarından fərqlənir. Emosional göz yaşları sayəsində arterial qan təzyiqi tənzimlənir, damarlar genişlənir.

Azər MUSTAFAYEV