Subregional konfrans keçirilmişdir


Baxıldı : 62

Tarix : 2018-08-31 18:47:22


Avqustun 21-dən 23-dək Rusiyanın paytaxtı Moskva şəhərində Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisi tərəfindən “Hüquqi tənzimləmə və əmək sahəsində normalara riayət edilməsinin təmin olunması rəqabətqabiliyyətliyin və əmək məhsuldarlığının artırılmasında bir vasitə kimi” mövzusuna həsr olunmuş üçtərəfli yüksək səviyyəli subregional konfransı keçirilmişdir.

Konfransın keçirilməsində əsas məqsəd sosial tərəfdaşlar arasında məlumatlılığın artırılması və əmək bazasının tənzimlənməsi və rəqabətqabiliyyətliliyini, əmək məhsuldarlığını təmin edən uyğunluq çərçivələrini inkişaf etdirmək üçün milli potensialı gücləndirməkdən ibarət olmuşdur.

Konfransın iştirakçısı, AHİK-in məsul işçisi Arif İbrahimov çıxışında qeyd etmişdir ki, rəqabətqabiliyyətliliyə və məhsuldarlığa təsir edən faktorlar, milli xüsusiyyətlərdən asılı olaraq, müxtəlif ölkələrdə fərqlidir. Buna baxmayaraq, ümumi qaydalar da mövcuddur. Hər şeydən əvvəl başa düşmək lazımdır ki, rəqabətqabiliyyətliyin və məhsuldarlığın artırılması məqsədə çatmaq deyil. Əgər bu cür yüksəliş işçilərlə düzgün olmayan münasibətlərlə əldə olunarsa, heç bir yüksək təminata və yaxşı yaşayışa ümid etmək olmaz. Lakin onlar ilk növbədə hüquqi təminata və qaydalara əməl olunmasına çalışırlar ki, heç bir ziyana düşməsinlər. Gənclər arasında yüksək işsizliyin, qeyri-formal iqtisadiyyatın geniş yayıldığı vaxtda rəqabətqabiliyyətliyin, məhsuldarlığın keyfiyyəti onun say göstəricisindən daha çox əhəmiyyət daşıyır. Əmək sahəsində hüquqi tənzimləmənin və təftişin tələblərini nəzərə alaraq BƏT bu məsələlərə həmişə ciddi önəm verib. BƏT-in sənayedə və ticarətdə əməyin təftişi barədə Konvensiyaya əlavə olunmuş protokolunu Azərbaycan və Rusiya da təsdiq edib.

Tədbirdə MDB ölkələrinin hökumət, işəgötürənlər və həmkarlar ittifaqlarının məsul işçiləri iştirak etmişlər.