Subregional konfransda yeni fəaliyyət strategiyası müzakirə olundu


Baxıldı : 32

Tarix : 2018-10-06 05:11:42


Sentyabrın 26-27-də Tbilisi şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Ümum Avropa Regional Şurası və Beynəlxalq Əmək Təşkilatı Şərqi Avropa və Mərkəzi Asiya dövlətləri, MDB ölkələrinin həmkarlar ittifaqı təşkilatları üçün subregional konfrans keçirmişdir.

“Dəyişən iqtisadiyyatda əmək müfəttişlərinin rolu: həmkarlar ittifaqı üçün çağırışlar və prioritetlər” mövzusunda baş tutmuş konfransda Gürcüstan Həmkarlar İittifaqları Konfederasiyasının sədri İrakli Petriaşvili, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Tacikistan, Özbəkistanın həmkarlar ittifaqları mərkəzlərinin əməyin mühafizəsi ilə məşğul olan mütəxəssisləri iştirak etmişlər.

Ölkəmizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi Şöbəsinin müdiri Vladimir Arqutkin və texniki əmək müfəttişi Elxan Hüseynov təmsil etmişlər. Konfransda iştirakçı ölkələrin əməyin mühafizəsi üzrə qanunverici və normativ aktlarının BƏT-in konvensiyalarına, o cümlədən 1995-ci ildə qəbul olunmuş “Sənayedə və ticarətdə əmək müfəttişliyi haqqında” 81 nömrəli Konvensiyasına uyğunluğu məsələləri, həmçinin müasir dövrdə dövlətlərin əməyin mühafizəsi sahəsində fəaliyyətin zəiflətməsinə qarşı həmkarlar ittifaqlarının strategiyası müzakirə edilmişdir.

Konfransda Serbiya və Çernoqoriyanın nüma

yəndəsi çıxış edərək regiondakı vəziyyət və perspektivlər barədə məlumat vermişlər.

Regional Hİ orqanlarını təmsil edən ölkələrin nümayəndələrinin məruzələri dinlənilmişdir.

AHİK-in nümayəndəsi V.Arqutkin çıxış edərək Azərbaycanda ratifikasiya olunmuş BƏT konvensiyalarının tələblərinə əməl olunmasının vəziyyəti, milli qanunvericiliyin təkmilləşdirilməsi perspektivləri barədə danışmışdır.

Yekunda əmək müfəttişliyinin fəaliyyətinin aktivləşdirilməsi və əmək qanunvericiliyinin möhkəmləndirilməsinə dair tövsiyələr qəbul edilmişdir.