Subsidiyaların verilməsində yeni qaydalar


Baxıldı : 350

Tarix : 2016-06-10 07:11:00


Hökumət kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğini artırıb. Yeni təsdiq olunmuş qaydalara əsasən, istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi mexanizmi dəyişdirilib. Kənd mülkiyyətçilərinə verilən mineral gübrələrə və preparatlara 70 faiz güzəşt tətbiq ediləcək. Genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə isə güzəştlər hər hektara görə 100 manat həcmində müəyyənləşib. Dəyişikliklərə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımlar buğda və çəltik səpini ilə yanaşı, pambıq və tütün əkini ilə məşğul olan fermerlərə də şamil olunub.Kənd Təsərrüfatı naziri Heydər Əsədov mülkiyyətçilərə bundan sonra da müxtəlif güzəştlərin olunacağını, subsidiyalaşmanın yeni mexanizminin hazırlandığını bildirib. İlk növbədə subsidiyaların ünvanına çatdırılması üçün onun verilməsi qaydaları sadələşdiriləcək. Subsidiyaların təyin olunması mexanizmində şəffaflıq məqsədilə elektron sistemdən istifadə olunacaq. Artıq bu istiqamətdə əsas layihə \ Elektron kənd təsərrüfatı informasiya sistemi\ nin yaradılmasıdır. Fermerlərə verilən pulların birbaşa plastik kartlara yüklənməsi, prosesdə dövlət orqanlarının fəaliyyətinin minimuma endirilməsi əsas məqsədlərdən biridir. ELBRUS