Sülh hərəkatını dəstəkləyirik


Baxıldı : 52

Tarix : 2019-09-06 19:07:18


Almaniyada Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı (ATEİHİ) II Dünya müharibəsinin başlamasının 80 illiyi ilə bağlı toplantı keçirib. Toplantıda Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının (TİBHİ) silahsızlanma ilə bağlı cəhdlərini Almaniyadakı üzv təşkilatların da dəstəklədiklərini bildiriblər.

Çıxış edən ATEİHİ katibi və TİBHİ-nin Avropa üzrə katibinin köməkçisi Marlis Tepe bildirib ki, II Dünya müharibəsinin başlamasından keçən 80 ildə bütün dünyada həmkarlar ittifaqı təşkilatları silahlara  ayrılan xərcləmələrin azaldılmasını və davamlı inkişaf hədəflərini dəstəkləyir.  Lakin silah istehsalına  və ticarətinə çəkilən xərclər ildən- ilə hədsiz dərəcədə artmaqdadır. Bu rəqəmlər inkişaf etmiş ölkələrdə daha çoxdur. Qəbul edilən razılaşmaya əsasən, 2024-cü ilə qədər dövlətlər gəlirlərinin 2 faizə qədərini silah istehsalı və ticarətinə ayırmalıdır. Almaniya hökuməti hazırda təyin olunan vaxta qədər    2 faizlik hədəfə çatmağı planlayır. ABŞ hökuməti isə bu rəqəmin 4 faiz olmasını təklif edir. Bundan başqa,  Amerika nüvə silahlarının sınağı ilə bağlı anlaşmadan  çıxdığı üçün yaxın zamanlarda nüvə silahı sınaqlarını təkrar başladacağı istisna olunmur”. 

“II Dünya müharibəsindən bu yana 65 milyon insan müharibənin təsirinə məruz qalıb. Müharibə bölgələrindəki gənclər təkcə ailələrini, dostlarını, evlərini deyil, gələcəyə olan inanclarını da itirirlər. Onların bir çoxu təhsildən məhrum yaşayır. Almaniya vətəndaşları müharibəyə və hərbi xərclərin artırılmasına qarşıdır. Biz TİBHİ-nin sülh hərəkatını dəstəkləyirik. Əgər silahlara ayrılan xərclər azalarsa,  bütün dünyada davamlı inkişaf üçün imkanlar artar.