Suyun içində kitab oxumaq mümkün oldu


Baxıldı : 307

Tarix : 2015-10-23 01:07:00


ABŞ-ın \ Barnes & Noble\ şirkəti \ Nook\ istehsal xəttində \ GlowLight Plus\ adlı yeni elektron kitabını təqdim edib. Model alüminium korpusla təchiz edilib, \ IP67\ standartı üzrə su və toza qarşı davamlıdır ki, bu da 30 dəqiqə müddətində 1 metrədək dərinlikli suda qalma imkanını təmin edir.\ Nook GlowLight Plus\ 300 dpi piksel sıxlığına malik \ E-Ink\ texnologiyasına əsaslanan ekranla təchiz edilib. Zəif işıqlanma şəraitində oxumaq üçün işıqlandırma nəzərdə tutulub.\ Barnes & Noble GlowLight Plus\ elektron kitabı 129,99 dollar qiymətinə satışa çıxarılıb. CAVİD