Tədbirlər sürətləndiriləcək


Baxıldı : 293

Tarix : 2015-10-23 02:24:00


Mərkəzi Bank 2016-cı ildə ödəniş xidmətləri bazarının inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin kütləviləşdirilməsi istiqamətində fəaliyyətini artıracaq. Bu istiqamətdə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi ödəniş bazarında rəqabət mühitinin gücləndirilməsi və ödəniş xidməti istifadəçilərinin müdafiəsinin artırılması məqsədilə \ Ödəniş xidmətləri haqqında\ qanun layihəsi hazırlanıb. Beynəlxalq təcrübənin təhlili əsasında hazırlanmış layihədə innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi, mobil rabitə operatorlarının ödəniş xidmətləri bazarına cəlb olunması, habelə elektron pulun emissiyası və istifadəsinin institusional bazasının formalaşdırılması baxımından zəruri olan bu qanun layihəsinin hazırlanmasında beynəlxalq maliyyə qurumları ilə yanaşı, aidiyyəti hökumət qurumlarının rəy və təklifləri nəzərə alınıb. Mərkəzi Bankın (MB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, beynəlxalq kart təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bankların və xidmət mərkəzlərinin nümayəndələri üçün mütəmadi əsasda innovativ ödəniş texnologiyaları, ödəniş alətləri ilə əməliyyatların aparılması, elektron ödəniş xidmətləri üzrə fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri sürətləndiriləcək. Eyni zamanda elektron pulun istifadə imkanlarının və bank xidmətlərində müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə bank xidmətlərinin iqtisadi səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi daxildir.ELBRUS