Təhlükəsiz iş ongünlüyü\


Baxıldı : 219

Tarix : 2015-01-31 04:25:00


çərçivəsində daha bir tədbirYanvarın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) \ Təhlükəsiz iş ongünlüyü\ çərçivəsində ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş seminar-müşavirə keçirib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin nümayəndələri və 120-dən çox işəgötürən iştirak edib. Seminar-müşavirəni giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə uğurlu sosial-iqtisadi inkişaf strategiyasında işçi hüquqlarının yüksək səviyyədə təminatının, o cümlədən əməyin mühafizəsinin mühüm komponentlərdən olduğunu vurğulayıb. O, bildirib ki, ölkəmizdə əməyin mühafizəsi sahəsində qanunvericilik mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilir. Bu qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti daim güclənir: \ Nəzarət tədbirlərinin nəticələrinin təhlili onu göstərir ki, istehsalatla əlaqəli bədbəxt hadisələr ilk növbədə işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, norma və standartlara əməl etməməsindən irəli gəlir. Ona görə də bu məsələlərlə bağlı işəgötürənlərin məsuliyyətinin artırılmasına ehtiyac var\ . Xidmət rəisi bildirib ki, ötən il əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan ümumilikdə 20417 hüquq pozuntusunun 10,3 faizi məhz əməyin mühafizəsinin tibbi-sosial məsələləri və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub.AHİK sədrinin müavini Cavanşir Alxasov da çıxışında işəgötürənlərin məsuliyyət yükünün artırılmasına diqqət çəkdi. Dedi ki, hər il ölümlə nəticələnmiş istehsalat zədələnmələrini araşdırarkən biz belə nəticəyə gəlirik ki, bu hadisələrin 87,5% təşkilati səbəblər fonunda baş verir: təlimat və qaydalara əməl olunmur, təhlükəsizlik qaydaları gözlənilmir, işlər düzgün təşkil edilmir, işə rəhbərlik və nəzarət zəifdir.C.Alxasov hər il keçırilən Beynəlxalq Əməyin Mühafizəsi (28 Aprel) və Layiqli Əmək Uğrunda Mübarizə (7 Oktyabr) günlərini dövlət orqanlarının, ictimaiyyətin, işəgötürənlərin və mütəxəssislərin diqqətinin əməyin təhlükəsizliyi məsələlərinə yönəldilməsinin vacib formalarından biri kimi dəyərləndirdi. Dedi ki, bu əlamətdar günlə əlaqədar hər il hazırlanan tematik tədbirlər planına əsasən, yerlərdə əməyin mühafizəsinin müxtəlif aspektlərinə dair seminarlar, toplantılar, dəyirmi masa ətrafında müzakirələr, yoxlamalar, baxış-müsabiqələr keçirilir. 28 aprel günü ərəfəsində son iki il ərzində həmkarlar ittifaqları tərəfindən müxtəlif səviyyəli həmkarlar ittifaqı sədrlərindən və əməyin mühafizəsi üzrə ictimai müvəkkillərdən ibarət 16500 dinləyicini əhatə edən 455 zona seminar-müşavirə keçirilmişdir.Görülən işlərin, o cümlədən istehsalat zədələnməsinin profilaktikasının araşdırılması göstərir ki, həyata keçirilən tədbirlər əməyin mühafizəsi sahəsində radikal irəliləyişlər əldə edilməsi üçün, hələ ki, kifayət deyil. Hesab edirik ki, əsas çatışmazlıqlar iqtisadi-hüquq münasibətlər sisteminin yaradılmasının tamamlanmaması, işəgötürənləri əməyin mühafizəsi qaydalarına riayət etməyə vadar edən iqtisadi mexanizmlərin zəif olmasıdır.Cavanşir müəllim təklif etdi ki, qeyd olunanları nəzərə alaraq iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün zamanın müasir iqtisadi tələblərinə cavab verən əməyin mühafizəsi üzrə sahə qaydalarının, normalarının, standartlarının və digər normativ sənədlərin təkmilləşdirilməsi istiqamətində müştərək işlər aparılsın.Seminar-müşavirədə BƏT-in Azərbaycan üzrə nümayəndəsi Yaşar Həmzəyev, ASK-nin Hüquq Şöbəsinin müdiri Mehman Mehmanov, AHİK-in şöbə müdirinin müavini Əli Mədətov, ayrı-ayrı işəgötürənlər mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində müəssisələrdə mövcud vəziyyət geniş müzakirə olunub, əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edilib. Tədbir zamanı əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar barədə məlumatlar da təqdim edilib, işəgötürənlərin sualları cavablandırılıb.B.RZAYEV