Təhlükəsizlik iş şəraitinin...


Baxıldı : 171

Tarix : 2015-01-17 12:59:00


vəziyyəti yoxlanılmış, müvafiq köməklik göstərilmişdir\ Kənd-Qida-İş\ Hİ Federasiyasının məsul işçiləri ötən il dekabrın son günlərində AHİK-in II Məclisinin qərarına müvafiq olaraq əməyin mühafizəsinin vəziyyətini araşdırmaq məqsədi ilə regionlarda bir sıra sahə müəssisə və təşkilatlarda yoxlamalar aparmışlar. Salyan Suvarma Sistemləri İdarəsi, Biləsuvar Suvarma Sistemləri İdarəsi və Cənubi Muğan-Kanalı İstismar İdarəsində işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsili, təlimatlandırılması, biliklərinin yoxlanması, xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsinə dair texniki sənədlərlə tanış olmuşlar. Bundan əlavə, iş yerlərinin sanitariya-gigiyena şəraiti, əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunluğu, kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməsi və onların yerinə yetirilməsinin vəziyyəti, ağır və zərərli şəraitdə işləyənlərin məzuniyyətə buraxılmasına dair əmrlər araşdırılmışdır.Sonra müəssisələrdə işçilərlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Federasiya məsulları deyiblər ki, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənin və bu sahəyə ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının ən başlıca vəzifələrindən biridir. Hər iki təşkilat işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu, istehsalat prosesinin təhlükəsizliyini, işçilərin müxtəlif növ zədələnmə və bədbəxt hadisələrdən qorunmasını, bunu yaradan səbəblərin aşkara çıxarıb aradan qaldırılmasını təmin etməlidir. Qonaqlar tədbir iştirakçılarını maraqlandıran sualları da ətraflı cavablandırmışlar.Sonda müəssisələrin təhlükəsizlik texnikası üzrə mütəxəssislərinə yeni normativ-hüquqi aktlar və əməyin mühafizəsinə dair yeni çapdan çıxmış kitablar təqdim edilmişdir.B.RZAYEV