Təhsil haqqında\ qanun nə vəd edir?


Baxıldı : 184

Tarix : 2016-11-04 04:56:00


Oktyabrın 28-də Milli Məclisin növbəti iclasında \ Məktəbəqədər təhsil haqqında\ qanun layihəsi müzakirəyə çıxarıldı. Qanun layihəsində Azərbaycanda bütün məktəbəqədər təhsil müəssisələrinə xüsusi razılığın (lisenziya) müddətsiz verilməsi nəzərdə tutulmuşdur. Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq. Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.Məsələ ilə bağlı \ Azad Müəllimlər Birliyi\ nin sədri, təhsil eksperti Məlahət Mürşüdlü qəzetimizə açıqlama verdi. O bildirdi ki, adıçəkilən layihədə müasir tələblərə uyğunlaşmayan, kiçikyaşlı uşaqların təlim-tərbiyəsi ilə səsləşməyən vacib məsələlər var ki, həmin qanunda öz əksini tapmayıb. Dəfələrlə vurğulamışıq ki, təqdim olunan hər bir qanun layihəsi ictimai müzakirələrə çıxarılmalıdır. O qeyd etdi ki, məktəbəqədər təhsilin Təhsil Nazirliyinin deyil, rayon icra hakimiyyətlərinin səlahiyyətində olması o qədər də ürəkaçan deyil: \ Bəzi icra hakimiyyətləri məktəbəqədər təhsilin maddi-texniki bazasına diqqət yetirsələr də, təlim-tərbiyə işinin keyfiyyəti, kadrların düzgün seçilməsi nəzərdən qaçır. İstər orta məktəblər olsun, istərsə də bağçalar, kadr təminatı, təhsilin, tərbiyənin məzmunu məsələlərinin standartlara uyğun qiymətləndirilməsi, monitorinq aparılması sırf Təhsil Nazirliyinə aid edilməlidir\ .M.Mürşüdlü özəl və dövlət məktəbəqədər təhsil müəssisələrinin tədris keyfiyyəti arasında fərqi izah edərkən məsələnin əsas həlli kimi əməkhaqqının artırılmasına diqqət yetirilməsini vurğuladı: \ Əlbəttə, tədrisin keyfiyyətini artırmaq üçün ilk növbədə idarəetmə, tərbiyəçilərin seçimi, təlim proqramları, onun yerinə yetirilməsi metodikasının vacibliyi önəmlidir. Ancaq bütün bunlarla yanaşı, əməkhaqqının artırılması da bu yöndə əsas məqamlardan biridir\ .Ekspert məktəbəqədər hazırlıq müəssisələrində əlifbanın tədrisi və digər məktəb proqramlarının keçirilməsi məsələsinə də toxunub: \ Bununla bağlı nazirliyin qarşısında məsələ qaldırılıb. Məktəbəqədər hazırlıq müəssisələrində keçirilən proqrama yenidən baxılmalıdır. Burada əlifbanın, riyazi hesablamaların öyrənilməsindən söhbət gedə bilməz. Əgər uşaq məktəbəqədər hazırlıq qrupunda birinci sinfin proqramını yerinə yetirirsə, sonradan onun məktəbə olan marağı artıq itir. Bu hazırlıq müəssisələri ona görə lazımdır ki, uşaqların müəyyən formada dünyagörüşləri inkişaf etsin, birinci sinfə hazır vəziyyətdə gələ bilsinlər\ .Qeyd edək ki, məktəbəqədər hazırlığın tədrisi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. ALİYƏ