Təhsil və elm ciddi təhlükə altında


Baxıldı : 177

Tarix : 2015-11-20 04:49:00


Finlandiyada ali məktəblərin 350-dən çox əməkdaşı elm işçilərini təmsil edən həmkarlar ittifaqı təşkilatlarını tətilə hazırlıq aparmağa çağırıb. Buna əsas səbəb kimi təhsil ocaqlarına ayrılan maliyyə vəsaitlərinin azaldılması göstərilir.Etiraz aksiyasının təşəbbüskarları hesab edirlər ki, hökumətin universitetlərin maliyyələşdirilməsini 300 milyon avro həcmində ixtisara salınması barədə qərarı ölkədə təhsil və elmi araşdırmaların gələcəyini ciddi təhlükə altına qoyur.Məlumat üçün bildirək ki, bu həftə ərzində \ Aalto\ universitetinin 350 əməkdaşı vəsaitlərin qənaət edilməsi məqsədilə işdən azad olunub.Elçin ZAKİRİ