Tük qədər yüngül


Baxıldı : 234

Tarix : 2015-10-02 06:16:00


Çinli alimlər, tük qədər yüngül olmasına baxmayaraq, poladdan bərk olan super maddə hazırlayıblar. Çin Elmlər Akademiyasının alimləri köpüyə bənzəyən maddənin süni almaz hazırlanması zamanı təsadüfən ortaya çıxdığını deyiblər. Araşdırmaçılar yeni maddənin əyilib-bükülmədən öz ağırlığından 40 min dəfə ağır əşyaları daşıya bilir. Grafen adlı maddədən əmələ gələn köpüyün 1 kvadratsantımetri 1 tondan daha ağır zərbəyə davam gətirə bilir. Bu miqdar dünyanın ən dərin çökəkliyi olan Mariyan çökəkliyinin təzyiqi ilə eynidir. Normal ölçüsündən 5 dəfə kiçilə bilən yeni maddə yenidən əvvəlki ölçüsünə qayıda bilir. İstiyə qarşı da dözümlü olan maddə raket hücumlarının qarşısını almaq üçün tankların üzərinə də yerləşdirilə bilər. Alimlər son dərəcə incə olan grafendən bir dəqiqədə enerji yığa bilən batareyalar, kağız qədər incə telefonlar, gülləkeçirməz paltarlar hazırlamağı düşünürlər.CAVİD