Təşkilatın işi müsbət dəyərləndirilmişdi


Baxıldı : 151

Tarix : 2015-01-31 04:33:00


TİAHİ Şəki şəhər komitəsi hələ hesabat-seçkilər ərəfəsində ilk təşkilat liderləri və fəalları arasında maarifləndirmə işləri aparıb. Bu məqsədlə keçirilən seminarlarda iştirakçılara Respublika Komitəsində hazırlanmış metodik göstərişlər, təlimat və digər sənədlər paylanmışdır: Bütün təşkilatlara şəhər komitəsinin nümayəndələri təyin edilmişdir.Təsdiq edilmiş cədvələ uyğun olaraq yanvarın 5-dən üzv təşkilatlarda hesabat- seçkilərə start verilmişdir. Bu günədək 48 ilk təşkilatda hesabat- seçki yığıncaqları keçi-rilmiş, 39 təşkilatın sədri təkrar və 9 təşkilata isə yeni sədr seçilmişdir. Sədr seçkiləri zamanı gənclərə üstünlük verilmişdir. Yığıncaqlarda həmkarlar ittifaqı təşkilatlarının gördüyü işlər təhlil edilmiş və müsbət dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, dövlətimiz təhsil sahəsinə yüksək səviyyədə diqqət və qayğı göstərir. Təhsil işçiləri üçün yaradılmış əmək şəraitindən, müasir standartlara cavab verən məktəb binalarının, uşaq bağça-larının tikintisindən danışılmış və dövlətə minnətdarlıq bildirilmişdir. Yığıncaqda sanatoriya və kurortlara verilən yollayışların sayının artırılması xahiş olunmuşdur.B.RZAYEV