Təkliflər təşkilatın...


Baxıldı : 174

Tarix : 2015-02-07 13:14:00


gələcək fəaliyyətinə fayda gətirəcək1 və 6 saylı şəhər orta məktəblərinin həmkarlar ittifaqları TİAHİ Kürdəmir Rayon Komitəsinin ən böyük və ən qabaqcıl ilk təşkilatlarından sayılır. Yeri gəlmişkən deyək ki, bu təhsil ocaqlarının hərəsi bir dəfə \ İlin ən yaxşı məktəbi\ müsabiqəsinin qalibləri sırasında olub. Bu məktəblərin qalib adını qazanmalarında həmkarlar ittifaqları təşkilatlarının xidmətləri danılmazdır. Çünki təşkilat müntəzəm olaraq dərslərin keyfiyyətinə, intizam qaydalarının yerinə yetirilməsinə və sairəyə ictimai nəzarəti ciddi şəkildə həyata keçirir.Hesabat-seçki yığıncaqlarında da Hİ-nin bu istiqamətdə fəaliyyəti yüksək qiymətləndirildi. Çıxışlarda həmçinin pedaqoji kollektivin, texniki işçilərin iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, əmək hüquqlarının qorunması, sanatoriya yollayışlarının verilməsi… geniş yer aldı.Deyildi ki, həmkarlar ittifaqları missiyasını bütün sahələrdə tələblər səviyyəsində qurmağa çalışmış, əksər hallarda buna nail də olur.Rayonun daha 48 ilk təşkilatında hesabat-seçki yığıncaqları keçiriləcək. Keçirilmiş və keçirilməsi proqramlaşdırılan seçkilərdə səslənən təkliflər, qeyd olunan problemlər toplanaraq təhlil ediləcək. Rayon komitəsinin və ilk təşkilatların gələcək fəaliyyətinin istiqamətləri müəyyənləşdirilərkən onlardan istifadə olunacaq.B.RZAYEV