Ütüləyərək rekord vuracaq


Baxıldı : 380

Tarix : 2015-10-30 04:12:00


Bristol şəhərində yaşayan 28 yaşlı Qaret Sendrs dayanmadan 4 gün 4 gecə paltar ütüləməklə adını tarixə yazdıracaq.Bu vaxta qədər bir neçə idman növündə bəxtini sınayan Qaretin işi onsuz da asan deyil. Bununla belə, Ginnes təşkilatı öz şərtləri ilə onun məşəqqətini daha da artırıb. 4 gün ütü çəkməli olan britaniyalı bu müddət ərzində əyləşə bilməz. Əks halda onun bütün zəhməti hədər gedəcək.Özünə çox güvənən Qaret deyir ki, mən 100 saat paltar ütüləyə bilərəm, problem o qədər paltarı tapmaqdır. Amma rekord cəhdindən xəbər tutan, bəlkə də paltar ütüləməyə ərinən yerli sakinləri Qareti bu qayğıdan azad edib. CAVİD