Təlimata uyğun


Baxıldı : 161

Tarix : 2015-02-07 13:11:00


TİAHİ Qazax Rayon Komitəsinin sədri M.Hüseynovdan aldığımız məlumata görə, məktəblərdə həmkarlar ittifaqı komitəsi ilə direktorlar arasında kollektiv müqavilə bağlanmışdır:\ Komitə ittifaq üzvlərinin əmək hüquqlarının qorunmasını vacib məsələ kimi qarşıya məqsəd qoymuşdur. Sədr sonra demişdir: Cədvələ uyğun olaraq, şəhər 1, 5 saylı, Cəfərli kənd orta məktəbində, 4 saylı uşaq bağçası-körpələr evində, Dövlət Sosial İqtisad Kollecində hesabat -seçki yığıncaqları keçirilmişdir. Bu seçkilərə ittifaq üzvləri tam şəkildə qatılıblar. Seçkilərdə təlimata uyğun olaraq komitə sədrləri və təftiş komissiyalarının sədrləri 3 illik dövrün hesabatı ilə məruzə ediblər. Hesabat məruzələri ətrafında çıxışlar olub və təkliflər verilib. Çıxışlarda iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, mədəni-kütləvi tədbirlərin keçirilməsi, işləyən II -III qrup əlillərə 15-20 faiz əlavə əməkhaqqı verilməsi kimi vacib məsələlərin təmin olunduğu diqqətə çatdırılıb və iradlar söylənilib. Hesabatları dinlənilmiş təşkilatların fəaliyyəti kafi qiymətləndirilmişdir. Hesabat -seçki yığıncaqlarında rayon komitəsi Rəyasət Heyətinin üzvləri iştirak ediblər\ . B.RZAYEV