Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016\


Baxıldı : 285

Tarix : 2016-04-30 06:01:00


TÜRKSOY-un mədəniyyət nazirlərinin daimi şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün \ Türk dünyasının mədəniyyət paytaxtı\ seçilib. Şəki şəhərindəki \ Yuxarı Baş\ Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Qala divarlarının içərisində \ Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016\ ilinin təntənəli açılış mərasimi keçirilib. Tədbirə Mədəniyyət və Turizm naziri, TÜRKSOY-a üzv ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri qatılıb.Daha sonra yay teatrında tədbirin rəsmi açılış mərasimi olub. Mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov TÜRKSOY-un baş katibi Düsen Kaseinov və başqaları çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, gələcəkdə bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışılıb.Tədbirdə TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxış edib, həmçinin TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib. Şəkinin \ Türk dünyasının mədəniyyət paytaxtı\ seçilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY birgə tədbirlər planı hazırlayıb. Tədbirlər planına uyğun olaraq il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, həmçinin \ paytaxt ili\ nin təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.Artıq \ Türk dünyasının mədəniyyət paytaxtı\ nın loqotipi də təsdiq edilib. Loqotipdə əsasən ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə olunub.Cavid SƏFƏROV