Türkiyə ilə Azərbaycanın birgə layihəsi


Baxıldı : 243

Tarix : 2015-12-05 05:45:00


Türkiyə və Azərbaycan hökuməti respublikamızda Xüsusi İqtisadi Zonanın (XİZ) yaradılmasına dair birgə razılığa gəlib. Türkiyə ilk layihəni Sumqayıtda həyata keçirmək istəyir və bu məqsədlə hökumət nümayəndə heyətinin gələn ay Sumqayıta səfəri nəzərdə tutulur. Buradakı sənaye kompleksinin vəziyyətini qiymətləndirdikdən sonra Türkiyə tərəfi Sumqayıtda Xüsusi İqtisadi Zonanın layihəsinin hazırlanmasına başlayacaq.İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, XİZ-lərin yaradılması ölkəmizdə sahibkarlığın və iqtisadiyyatın inkişafını sürətləndirmək məqsədi daşıyır. Ona görə də bu zonalar yaradılarkən investorlar üçün xüsusi təşviqedici tədbirlər həyata keçiriləcək, bir sıra iqtisadi güzəştlər tətbiq ediləcək. Belə ki, xüsusi iqtisadi zona ərazisində hər hansı bir müəssisənin yaradılması, xidmət və istehsal təyinatlı obyektlərin tikintisi üçün vergi və gömrük güzəştləri tətbiq olunacaq. XİZ-lərdə istər istehsal təyinatlı, istərsə də investisiya təyinatlı avadanlıqların, malların ölkəyə gətirilməsinə gömrük rüsumları tətbiq olunmayacaq və yaxud güzəştli şərtlər əsasında rüsum tutulacaq. Belə ki, xüsusi iqtisadi zonada istehsal və ya emal olunan məhsullara, təmir, bərpa-tamamlama işlərinə, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə respublika ərazisinə müvəqqəti idxal edilən mallara gömrük rüsumları və vergilər şamil olunmayacaq. ELBRUS