Türkiyə təcrübəsindən istifadə təklifi


Baxıldı : 166

Tarix : 2016-04-08 04:34:00


Azərbaycanda yerli istehsalçılara dəstək məqsədilə Türkiyə təcrübəsindən istifadə olunması təklif edilir. Bu təklifi deputat İlham Əliyev Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibklarlıq Komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib: \ Yerli istehsalın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi Dövlət Gömrük Komitəsi ilə sıx işləməlidir. Yerli istehsalçının mənafeyini güdmək lazımdır. Məsələn, Türkiyədə belə bir qayda var ki, şirkətlərin məhsulları satılıb qurtarmadıqda ölkəyə eyni məhsul daxil olmur. Bizdə vəziyyət fərqlidir\ , - deyə millət vəkili qeyd edib. İ.Əliyev əlavə edib ki, hazırda şimal bölgəsindəki soyuducu anbarlarında 3 min tona yaxın alma ehtiyatı qalıb: \ Bu, ölkə üçün kifayət edər. Amma bu gün Polşadan \ su qiyməti\ nə gətirilən məhsul bazara dolursa, yerli istehsalçı məhsulunu necə satsın? Kənd Təsərrüfatı Nazirliyi məsələni tənzimləməlidir. Dövlət Gömrük Komitəsinə məlumat verməlidir ki, hansı məhsuldan nə qədər tədarük var və bu hansı müddətə kifayət edəcək. Bu qurtardıqdan sonra məhsulun ölkəyə gətirilməsinə icazə verilməlidir\ .Cavid SƏFƏROV