Təəssüratlarını bölüşüblər - SORĞU


Baxıldı : 274

Tarix : 2015-10-30 05:54:00


MDB-nin Müşahidə Missiyasının üzvləri Azərbaycanın rayonlarında seçkiqabağı prosesi müşahidə ediblər. Rayonlardakı dairə seçki komissiyalarına baş çəkən xarici müşahidəçilər ilk təəssüratlarını bildiriblər.MDB-nin Müşahidə Missiyasının üzvü Yuri Demyanenko: \ Biz digər MDB ölkələrində belə bir faktla rastlaşmamışıq. Rusiyada buna ərazi seçki komissiyaları deyilir, sizdə isə dairə seçki komissiyaları adlanır. Məhz sizin ölkədə dairə seçki komissiyalarının özünün binası var. Bu, müsbət haldır. Çünki komissiya 5 il ərzində fasiləsiz fəaliyyət göstərir və onun binasının olması da ümumi işin xeyrinə olan amildir. İnsanlar hər cür şəraiti olan binada peşəkar fəaliyyətləri ilə məşğul olurlar\ .MDB-nin Müşahidə Missiyasının üzvü Anatoliy Tabolkin: \ Biz müşahidələrimizi apardıq. Hər şeyin seçkilərə hazır olduğunu gördük. Seçki məntəqələrindəki şəxslər təcrübəlidirlər. Rusiyada bütün seçki məntəqələri də veb- kameralarla təchiz olunub. Bizim də təcrübəmizə görə, seçicilər istənilən seçki məntəqəsində seçkiləri internetdən izləyə bilər. Azərbaycanda da seçki məntəqələrində belə veb- kameraların olması şəffaflığın göstəricisidir\ .