Tətil hüquqlarının qorunması üçün mübarizə aparın


Baxıldı : 228

Tarix : 2015-02-21 04:45:00


Dünyanın aparıcı həmkarlar ittifaqı təşkilatları tətil hüquqlarının qorunması məqsədi ilə fevralın 18-də Ümumdünya Qlobal Hərəkat Gününü dəstəkləməyə çağırıb. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının irəli sürdüyü bu təşəbbüs işəgötürənlər və hökumətlər tərəfindən Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq konvensiyasında əksini tapmış işçilərin tətil etmək hüquqlarına misli görunməmiş basqılara qarşı cavab xarakteri daşıyır. Yüz ilə yaxın tarixi ərzində BƏT konvensiya və tövsiyələrin işçilər, işəgötürənlər və hökumət tərəfindən yerinə yetirilməsinə nəzarət edib. Lakin 2012-ci ildə işəgötürənlər sistemi pozaraq tətilə qarşı çıxıblar.İndustriALL işçilərin tətil hüquqlarının qorunması sahəsində müsbət nəticələr əldə olunması üçün Beynəlxalq Məhkəməyə müraciət olunması təşəbbüsünü dəstəkləyir. Belə ki, bir çox ölkənin hökumət və işəgötürənləri 2014-cü ilin noyabrında BƏT-in İnzibatı Şurasının iclasında bu təklifin əleyhinə çıxıb. Əvəzində bu ilin 23-25 fevral tarixində bu məsələnin həll olunması üçün üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb.Mübahisənin həllinin tapılmaması gələcəkdə qarşıdurmalara səbəb ola bilər. Bu səbəbdən həmkarlar ittifaqları tətilin beynəlxalq hüququn fundamental əsası kimi qalmasını tələb etməlidir.Ümumdünya Qlobal Hərəkat Günündə iştirak məqsədi ilə dünyanın aparıcı həmkarlar ittifaqları hüquqlarının Beynəlxalq Məhkəmədə qorunmasına qarşı çıxan hökumətlərə (Əlcəzair, Anqola, Banqladeş, Botsvana, Kamboca, Çad, Efiopiya, Qana, Hindistan, İndoneziya, Yaponiya, Keniya, Koreya, Pakistan, Mali, Mavritaniya, İordaniya, Tanzaniya, Tayland, ABŞ, Zimbabve) təzyiq göstərilməsi, hökumət binaları önündə etiraz və sair aksiyalardan istifadə edə bilər.Həmkarlar ittifaqları tətil hüquqlarının qorunmasının 5 əsas prinsipini müəyyənləşdirib:o bir çox halda tətilin işçilərin hüquqlarının qorunmasında son vasitə olması;o işəgötürənlərin tam hökmranlığının qarşısının alınması;o işçilər və işəgötürənlər arasında bərabərliyin təmin edilməsi;o tətil hüququnun ləğv olunacağı təqdirdə bir çox ölkədə etiraz aksiyasına cəhd edən insanların cəzalandırılmaması;o əməkhaqqının və iş şəraitinin yaxşılaşdırması.Elçin ZAKİRİ