Tətil zərərsiz ötüşdü


Baxıldı : 227

Tarix : 2015-03-06 02:20:00


Martın 2-də Finlandiyanın VR dəmiryolu şirkətinin əməkdaşları birgünlük tətilə çıxıblar. Aksiyada qatarlara xidmət göstərilməsində məsuliyyət daşıyan personal iştirak edib. Səbəb şirkətin təzminat və məzuniyyət siyasətinə narazılıq bildirməkdir.Tətil Helsinki, Kouvolu, Oulu və Tampere şəhərlərini əhatə edib və bu müddət ərzində qatarların hərəkət qrafikində heç bir ciddi dəyişikliyin olmadığı haqqında məlumat verilib.Elçin ZAKİRİ