Tətilin başlanmasına rəvac verən amillər


Baxıldı : 174

Tarix : 2015-11-06 04:23:00


Çinin Sincan muxtar bölgəsinin Xami şəhərində minlərlə şaxtaçı tərəfindən tətil elan olunub. Onlar rüblük mükafatların ləğv olunmamasını və maaşlarının artırılmasını tələb ediblər.Noyabrın 2-də Luan Xinjiang Coal Chemical Corporation\ şirkətinə məxsus olan mədənlərdə çalışan on minə yaxın insan işə çıxmayaraq administrasiyanın binası qarşısına toplaşıblar. Onlar üç tələb irəli sürüblər: əməkhaqlarını artırmaq, rüblük mükafatları ləğv etməmək, sadə tibbi xidmət göstərmək. Nümayişçilər qarşısında çıxış edən şirkətin direktoru tələbləri idarəedici heyət ilə nəzərdən keçirməyə söz verib. Həmkarlar ittifaqı nümayəndəsinin sözlərinə görə, əvvəllər verilən rüblük mükafat bir müddət öncə ağır iqtisadi vəziyyətə əsaslanaraq ləğv edilib. Bu, azmış kimi, rəhbərlik illik mükafatın da verilməyəcəyi barədə məlumat yayıb. Bununla yanaşı, şirkətin tabeliyində olan və mədən işçilərinin aşağı qiymətlərlə müalicə aldığı yerli xəstəxana da şəhər meriyasına verilib. Nəticədə isə şaxtaçıların xərcləri xeyli artıb. Bütün bu amillər tətilin başlanmasına rəvac verib.Elçin ZAKİRİ