Təşviqata start verildi


Baxıldı : 181

Tarix : 2016-09-02 03:59:00


Sentyabrın 3-dən Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendumqabağı təşviqat başlayıb.Seçki Məcəlləsinə əsasən, referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır.Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar bu proses sentyabrın 3-də başlayır, sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.