Taksi fəaliyyətində yeniliklər həyata keçiriləcək


Baxıldı : 191

Tarix : 2015-11-20 04:57:00


Respublikamızda əhalini narahat edən daha bir sahədə yeniliklər olacaq. İnsanların ən vacib anlarda istifadəyə üstünlük verdiyi taksi xidmətində sərnişinlərin maraqlarına xidmət edəcək addımlar atılacaq. Belə ki, sərnişinlər indiyədək daha çox sürücülər tərəfindən kobud davranışdan, gediş haqqının düzgün hesablanmamasından, yüksəksəsli musiqi səsindən narazılıq edirdilər. Amma artıq əhaliyə göstərilən xidmətin yüksəldilməsi üçün taksi fəaliyyəti ilə məşğul olmaq üçün qaydalar sərtləşdirilib. Taksi sürücülərinə lisenziya isə \ ASAN xidmət\ də veriləcək. Ekspertlər isə o qənaətdədir ki, əgər taksilərin fəaliyyəti ilə bağlı yeni qəbul olunan qərarlar yerinə yetirilsə, sərnişinlər yüksək səviyyədə taksi xidmətindən yararlana biləcək.Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyir ki, hər şey qanunun nə dərəcədə yerinə yetirilməsindən asılıdır: \ Elə qanunlar olur ki, icrası illərlə vaxt aparır. Taksi məsələsinin də tezliklə, yüksək səviyyədə olacağına inanmıram. Bunun üçün illərlə vaxt lazımdır. Amma hazırda avtobuslardakı kimi, taksi sürücüləri arasında da özünü apara bilməyənlər çoxdur. Bəzi sürücülər sərnişinlərlə davranmağı bacarmırlar. Taksi sürücülərinin bir çoxu şəhərdəki ünvanları tanımır və yeni texnologiyalardan istifadəyə açıq deyil. Daha bir problem isə taksi dayanacaqları ilə bağlıdır. Belə ki, taksi dayanacağı olmadığına görə, onlar avtobuslar üçün nəzərdə tutulan yerlərdə durmağa məcbur olurlar. Bakıda taksilər üçün dayanacaqlar sıfır səviyyəsindədir. Həmçinin insanlarda da taksiyə taksi dayanacağından minmək vərdişi formalaşmayıb. Hesab edirəm ki, taksi sürücüləri üçün mütləq kurslar da olmalıdır. Əgər bu olmasa, ən azından aidiyyəti orqanlar broşürlər hazırlayıb sürücülərə təqdim etməlidir ki, oxusunlar. Amma artıq lisenziyanı \ ASAN xidmət\ verəcək. Belədə taksi fəaliyyəti göstərmək istəyən sürücünün özü və onun avtomobili lisenziya almaq üçün tələb olunan standartlara cavab verməlidir\ .Xalid AZƏR