İtalyansayağı aksiyanın nəticələri


Baxıldı : 205

Tarix : 2015-10-02 06:25:00


İngiltərənin paytaxtı London şəhəri yaxınlığında yerləşən \ Carlsberg\ pivə zavodunun əməkdaşları italyansayağı tətilə başlamaq niyyətindədirlər. Bununla da işçilər rəhbərliyin buraxılan məsulların əmtəə dövriyyəsinın azaldığını əsas gətirərək 2015-ci il yanvarın 1-dən əməkhaqqının indeksləşdirməmək qərarına qarşı çıxırlar.İtalyansayağı aksiyanın baş tutacağı təqdirdə pivəçəkənlər əlavə iş saatlarından imtina edərək bütün qaydalara və vəzifə təlimatlarına əməl edəcəklər. Bu isə, öz növbəsində, şirkətin istehsal və ixrac göstəricilərinin aşağı düşəcəyinə gətirib çıxaracaq.Məlumat üçün bildirək ki, aksiyanın təşkilatçısı olan \ Unite\ həmkarlar ittifaqı üzvlərinin əksəriyyəti tətilin keçirilməsinə səs verib. Onların 77 faizi etirazın uzunmüddətli olmasını israr edib.Elçin ZAKİRİ