“Tarixini unutma, o, gələcəyin aynasıdır"


Baxıldı : 203

Tarix : 2017-03-04 05:29:21


Bakı Dövlət Universitetində (BDU) SABAH qrupları Tələbə Həmkarlar Təşkilatı (THT) tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Tarixini unutma, o, gələcəyin aynasıdır" adlı tədbir keçirilib.

Tədbirdə tarixçi alim Kamran Əsədov, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, universitetin SABAH mərkəzinin rəhbəri İradə Süleymanova və  tələbələr iştirak ediblər.

Çıxış edən natiqlər tarixi hadisələrin, həqiqətin dünyaya yayılmasında tələbələrin rolundan danışıb və tövsiyələrini veriblər.

Sonda BDU SABAH THT tərəfindən bir müddət öncə keçirilmiş "Gənc yazar" müsabiqəsinin qaliblərinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Əsli ƏHMƏDOVA