Tax free\ nin tətbiqinə başlanılıb


Baxıldı : 155

Tarix : 2016-06-24 03:23:00


Azərbaycan Vergilər Nazirliyi ölkəyə səfər edən əcnəbi vətəndaşlar üçün \ Tax free\ şərtlərini açıqlayıb. Bunun üçün müştərilər ilk olaraq \ Tax free\ stikeri olan mağazalarda alış-veriş etməlidirlər.Satıcı pasport məlumatları daxil etdikdən sonra müştəriyə 2 nüsxədə imzalanmış və möhürlənmiş \ e-VHF\ nı (elektron vergi hesab-fakturası) təqdim edəcək. \ e-VHF\ da digər məlumatlarla yanaşı, ödənilmiş ƏDV-nin məbləği və ƏDV-nin qaytarılacağı son tarix göstərilir.ƏDV müştəriyə həm nağd, həm də nağdsız şəkildə qaytarıla bilər və ikinci halda bank rekvizitlərinin təqdim edilməsi anından 10 iş günü müddətində ödənilir.Qaydalara görə, aksizli mallar, ərzaq malları, dərman preparatları və tibbi ləvazimatlar, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, ixracı üçün lisenziya tələb edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, müşayiət olunmayan baqajla Azərbaycan ərazisindən aparılan mallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara \ Tax free\ tətbiq edilmir.Aliyə SƏMƏDOVA