TƏBRİK-Gezim KALAJA,


Baxıldı : 106

Tarix : 2018-02-16 22:01:48


Əziz qardaşım Səttar!

Yenidən AHİK-in sədri seçilməyiniz münasibətilə Albaniya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının üzvləri adından Sizi təbrik edirəm.

AHİK-in 5-ci qurultayında iştirakımızdan çox məmnunuq. Səmimi olaraq bildirim ki, qurultay çox möhtəşəm təşkil edilmişdi. Qonaqpərvərlik və xarici nümayəndə heyətlərinin iştirakı yüksək səviyyədə idi.

Qeyd etməliyəm ki, dünya həmkarlar ittifaqları  rəhbərlərinin qurultayda iştirakı Konfederasiyanın nüfuzunun göstəricisidir. Eləcə də həmkarlar ittifaqları ilə bağlı Azərbaycanda uğurlu işlər həyata keçirdiyinizə işarə edir.

Albaniyaya böyük təəssüratlarla qayıtdıq və qurultayın yüksək səviyyədə təşkili və Konfederasiyanın strukturları barədə yerli federasiyalarımızı məlumatlandırdıq.

Şübhəsiz ki, belə yüksək səviyyəli təşkilatçılıq Konfederasiyanın rəhbərinə, yəni dünya həmkarlar ittifaqı hərəkatında lider mövqe tutan və Azərbaycanda həmkarlar ittifaqlarının başçısı olan Sizə aiddir.

Biz missiyamızı yerinə yetirərkən işçilərin hüquqlarının artırılması sahəsində təcrübələri hər bir federasiya ilə paylaşmaq məqsədilə bütün mərhələlərdə sizinlə əməkdaşlıq etmək niyyətindəyik.

Hörmətlə,

Gezim KALAJA,

Albaniya Müstəqil

Həmkarlar İttifaqları

Federasiyasının sədri