Tədbirlər davam etdirilir


Baxıldı : 36

Tarix : 2020-05-22 06:22:53


Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin pandemiya ilə bağlı həyata keçirdiyi tədbirlər davam etdirilir.

Şəhər və rayon həmkarlar ittifaqı komitələri bölgələrdə xüsusi yardıma və qayğıya ehtiyacı olan 111 aztəminatlı ailəyə ərzaq yardımı paylamış, 892 nəfər həmkarlar ittifaqı üzvünə maddi yardım verilmiş, həmçinin iş yerlərində virusdan qorunmaq üçün 8 min ədədədək olan qoruyucu maska, əlcək, spirt və dezinfeksiyaedici maddələr alınmışdır. Koronavirusla Mübarizəyə Dəstək Fonduna üzvlərin öz şəxsi  vəsaitləri hesabına 1020 manat pul köçürülmüşdür.