Təhlükəli əmək şəraitinə qarşı mübarizə


Baxıldı : 303

Tarix : 2018-02-03 23:06:10


Hindistanın Çandrapur  bölgəsində yerləşən “Lafarge Holcim” şirkətinə məxsus “Ambuja sement” LTD şirkətinin “Maratha” sement istehsalı zavodunda baş verən qəza nəticəsində bir işçinin həyatını itirməsi etirazlara səbəb  olub.

Qəzadan dərhal sonra qəzəbli işçilər rəhbərliyin məsuliyyətə cəlb olunmasını və ölən şəxsin ailəsinə kompensasiya ödənilməsini istəyiblər. Onlar  çalışma saatlarında rəhbərlik tərəfindən zorakılığa və təhdidlərə məruz qaldıqlarını etiraf ediblər. Bildiriblər ki, təhükəli iş şəraitində çalışmağa məcbur edilirlər. Bədbəxt hadisələrə məruz qalanların ailələri isə  pul verilərək susdurulmağa çalışılır. Bu, hər birimizin başına gələ bilər.

İndustriALL Qlobal İttifaqına bağlı olan Hindistan Milli Sement İşçiləri Federasiyasının nümayəndəsi Vijay Thakre baş verən qəzadan kədərləndiklərini və bu kimi hadisələrin “Ambuja Sement” LTD-nin  təhlükəsiz əmək şəraitinin təşkili ilə bağlı səhlənkarlığının nəticəsi olduğunu deyib.

İndustriALL-ın baş katibi Valter Sançez də məsələyə münasibət bildirib. O qeyd edib ki, “Ambuja Sement” LTD-nin laqeydliyini çalışanlar canları ilə ödəyirlər: “Ötən ilin sentyabr ayında eyni quruma məxsus başqa bir fabrikdəki qəzada da itki, bədbəxt hadisə qeydə alınmışdı.  Şirkət təhlükəsizlik məsələsinə daha diqqətli yanaşmalı, müvəqqəti işçilər də daxil olmaqla bütün çalışanların həyatını riskə atmamalıdır. “Lafarge Holcim” şirkəti ilə daha öncə Qlobal Çərçivə Sazişi imzaladıq. Sazişdə əməyin təhlükəsizliyinin təşkilini şirkətin öhdəsinə götürməsi qeyd olunur. Bundan sonra “Lafarge Holcim”ə məxsus müəssisələrdə əməyin təhlükəsizliyinin yoxlanılması işini İndustriALL Qlobal İttifaqı öz üzərinə götürür.

Cavid SƏFƏROV