Təkliflər diqqətə çatdırıldı


Baxıldı : 207

Tarix : 2017-12-22 23:29:11


 

Azərbaycan Respublikası Miqrasiya Xidmətinin dəvəti ilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) eksperti xanım Jasmina Pinjo Bakıda olmuşdur. O, Respublikamızın Miqrasiya Strategiyasının hazırlanmasına cəlb edilmiş bir sıra dövlət, qeyri-hökumət, həmçinin özəl qurumların, Milli Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb müzakirələr aparmışdır.

Xanım J.Pinjonun dekabrın 18-də BMqT-nın Bakı ofisində keçirdiyi görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Namiq Hüseynov da iştirak etmişdir. Görüşdə miqrasiya siyasətində mövcud boşluqlar, problemlər yaşanan sahələr, miqrasiyanın idarəedilməsində səmərəli və qeyri-səmərəli mexanizmlər, gələcəkdə miqrasiyanın idarəedilməsi işində daha çox diqqət yetiriləcək məqamlar və sair məsələlər müzakirə olundu. Müzakirələr zamanı N.Hüseynov AHİK-in miqrasiya siyasətini, bu sahədə görülən işləri və təkliflərini diqqətə çatdırdı.

Namiq müəllim müxbirimizə bildirdi ki, uzunmüddətli miqrasiya strategiyasının hazırlanmasında Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Miqrasiya Xidmətinə dəstək verir. Bu onunla bağlıdır ki, dünyada baş verən iqtisadi qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya prosseslərinə təsir etmək, ölkə ərazisində olan miqrasiya axınını nəzarətdə saxlamaq, onu tənzimləmək baxımından fəal, çevik siyasət yeridir.

Bəyalı RZAYEV