Təkliflər nəzərə alınacaq


Baxıldı : 53

Tarix : 2019-03-07 05:33:46


Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilib. Tədbirdə universitetdə tədrisin vəziyyəti, professor-müəllim heyətinin əmək və sair məsələləri ətrafında müzakirələr aparılıb.

HİK sədri Cahangir Qasımov, baş mühasib İlqar Mehdiyev və təsərrüfat, təchizat şöbəsinin müdiri Elçin Əlizadə yaxın aylarda həyata keçiriləcək layihələr, tədbirlər haqqında geniş məlumat veriblər. Həmkarlar ittifaqı təşkilatının universitetin fəaliyyətində fəal iştirakı müsbət qiymətləndirilib. Deyilib ki, ittifaq üzvlərinin təkliflərinə, problemlərinin həllinə ciddi yanaşılır və onların reallaşması üçün operativ və nəticəli işlər görülür.

Tədbirdə ilk təşkilatla Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qarşılıqlı əlaqələrindən də danışıldı. Deyildi ki, Respublika Komitəsi HİK-in ittifaq üzvlərinin maraqlarını qorumasından ötrü üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirir.

İlk təşkilata metodiki və əməli köməklik göstərir. Keçirdiyi seminarlara, dəyirmi masalara universitetin HİK-indən də lider və fəallar dəvət olunur. Bu da ümumilikdə bizim günün tələbləri səviyyəsində fəaliyyət göstərməyimizə şərait yaradır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Verilən təkliflər baxılmaq üçün qeydə alındı.