Tələbə adını qazanan gənc mükafatlandırıldı


Baxıldı : 45

Tarix : 2017-11-04 04:52:28


Oktyabırın 26 -da "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə İş Departamentinin sədr müavini Xəzani Fətullayev və oğlu İlham Mertopoliten İşçiləri Həmkarlar İttifaqında qəbul olunmuşlar.

Tədbiri giriş sözü ilə  ittifaqın sədri Arif Mərdanov açmışdır. O, görüşün səbəbini açıqlayarkən demişdir ki,  2015-ci ildə biz QSC-nin rəhbərliyi ilə ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplamış ittifaq üzvü övladlarına birdəfəlik pul mükafatları vermək haqqında qərar qəbul etmişik. İttifaqımızın İcraiyyə Komitəsi mükafatın məbləğini 500 manat həcmində müəyyənləşdirmişdir. Xəzani Fətullayevin oğlu İlham yüksək biliyi sayəsində təsis etdiyimiz bu mükafata sahib çıxdı. İlham Bakı Dövlət Universitetinə qəbul imtahanlarında 675 bal toplayaraq hüquq fakültəsinin tələbəsi adını qazandı.

A.Mərdanov  İlhama pul mükafatını təqdim etdi. Onu təbrik etdi və təhsildə, gələcək həyatında daha böyük nailiyyətlərə imza atmasını arzuladı.

Bildirdi ki, işçilərin əmək və sosial hüquqlarının müdafiəsi həmkarlar ittifaqı təşkilatının başlıca vəzifəsidir. Lakin fəaliyyətimizin tam coğrafiyası deyil. Biz cəmiyyətimizin bütün sferalarında dövlətimizin iqtisadi, sosial, mədəni siyasətinin həyata keçirilməsinə, gələcəyimizin daha işıqlı olmasına çalışırıq. Gələcəyimizin taleyi isə gənclərimizin əlindədir. Ona görə də intellekt səviyyəsi yüksək, sağlam, vətənpərvər gənclər yetişdirmək işinə  töhfə verməyi özümüzə borc bilirik.

Görüşdə Xəzani və İlham Fətullayevlər diqqət və qayğıya  görə İttifaqın və QSC-nin rəhbərliyinə təşəkkür etdilər.

 

Bəyalı RZAYEV