Tələbələr arasında atletika yarışları sona çatıb


Baxıldı : 122

Tarix : 2019-06-07 12:54:30


“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIV Respublika Universiadasının atletika yarışlarına yekun vurulub.

Respublika Olimpiya Mərkəzində keçirilən yarışda qızlar və oğlanlardan ibarət altı komanda mübarizə aparıb. Yarışda birinci yeri Sumqayıt Dövlət Universitetinin komandası tutub. İkinci pillədə Azərbaycan Neft və Sənaye Universitetinin təmsilçiləri qərarlaşıblar. Üçüncü yerə isə Azərbaycan Tibb Universitetinin komandası layiq görülüb.